İlqar Muradovun nəvəsi 1-ci oldu - Video+ Fotolar

ilqar-muradovun-nevesi-1-ci-oldu
Oxunma sayı: 2586

Yanvarın 25-də “İlk addım” rəsm sərgi-müsabiqəsi keçirilib. “Qafqazinfo” xəbər verir ki, yarışmada 51 rəsm əsəri nümayiş etdirilib.

Münsiflər Xalq rəssamı Həmzə Abdullayev, Xalq rəssamı-heykəltəraş Xanlar Əhmədov və “Yarat” İncəsənət Mərkəzinin rəssamı Rəşad Ələkbərov olub.

Jürilərin qərarı ilə 4-10 yaşlı uşaqlar arasında Əzizə Şükürlü 1-ci,  Aylin İsmayılova 2-ci, Safiya İbrahimova 3-cü yerlərə layiq görülüblər.

10 yaşdan yuxarı iştirakçılardan Nəzrin Muradova 1-ci, Səbinə Allahverdiyeva 2-ci, Cəmilə Vəlixanlı isə 3-cü yerləri tutublar. Sonda qaliblərə diplom və mükafatlar təqdim olunub, bütün iştirakçılara təltifnamə verilib.

Qeyd edək ki, 1-ci yerin sahibi Nəzrin Muradova Xalq artisti İlqar Muradovun nəvəsidir.