İmişlidə maşın aşdı - Ölən var - Fotolar

imislide-masin-asdi
Oxunma sayı: 1553

İmişlidə avtomobil aşıb.

“Qafqazinfo”nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Azsamand” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan sərnişin - İmişli rayonunun Əlyetməzli kənd sakini, 2002-ci il təvəllüdlü Ədilli Əbil İbad oğlu hadisə yerində  ölüb.

Hadisə zamanı xəsarət alan sürücü isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı