İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev cari ilin fevral ayı ərzində rayonun hüquq-mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə Ağaməmmədli, Əliqulular, Çaxırlı və Qaragüvəndikli kənd sakinləri ilə səyyar görüşlər keçirib, onların müraciətlərini dinləyib.
“Qafqazinfo” xəbər verir ki, qəbullar zamanı çıxış edən icra başçısı ölkə prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət edəcəyini diqqətə çatdırıb.
İcra başçısı, həmçinin rayon sakinlərinin rahatlığının təmin olunması ilə bağlı görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib.
İmişli RİH-nin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün aidiyyəti üzrə tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Son xəbərlər
Son Xəbərlər