İmişlidə toplantı keçirildi

imislide-toplanti-kecirildi
Oxunma sayı: 645

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir iştirakçıları, İmişli şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin heykəlini, yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

İmişli İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Millət vəkili Çingiz Qənizadə, Azərsun Holdinqin baş direktoru Ahmet Yeman və digər natiqlər, Azərbaycan Respublikasının xilaskarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz fəaliyyəti, ölkəmizdə milli sahibkarlığın inkişafında əvəzolunmaz xidmətləri, onun müstəqilliyimizin qarantı kimi dövlətimizin davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış ediblər.
Qeyd olunubki, bütün respublikada olduğu kimi, İmişlidə də həyata keçirilən tikinti quruculuq işlərinin, yeni iş yerlərinin açılması və xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Bu sahədə “Azərsun Holdinq”in də fəaliyyəti yüksək qiymətləndirilib.