ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatının paytaxtı Detroyt şəhərindəki Biznes Klubunda çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp şəhərin iqtisadi nəhənglərinə müraciət edərkən səhnəni siyasi teatra çevirib.
O, keçmiş Prezident Co Baydenin fiziki vəziyyətini və natiqlik bacarıqlarını hədəfə alıb. Baydenin tez-tez öskürməsini şişirdərək təqlid edən Tramp üz ifadələri ilə tamaşaçıların diqqətini çəkib.
Sosial mediada yayılan görüntülərdə Trampın səs tonunu dəyişdirdiyi, sələfinin danışıq tərzini lağa qoyduğu görünür.
Detroytdakı bu çıxış sosial mediada tərəfdarları tərəfindən xoş qarşılansa da, müxaliflər tərəfindən dövlət başçısı üçün uyğunsuz qiymətləndirilərək tənqid edilib.
Son xəbərlər
Son Xəbərlər