İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşdi

ingiltere-premyer-liqasini-terk-edecek-ilk-klub-mueyyenlesdi
Oxunma sayı: 2432

Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, “Norviç Siti” ölkə çempionatının 35-cu turunda “Aston Villa”ya 0:2 hesabı ilə uduzaraq yüksək liqada qalmaq şanslarını itirib.

İyirmi bir xalla turnir cədvəlində sonuncu - 20-ci pillədə olan “Norviç Siti” son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.