İngiltərə səfirliyi AzMİU-nun şərəfinə rəsmi qəbul keçirdi - Fotolar

ingiltere-sefirliyi-azmiu-nun-serefine-resmi-qebul-kecirdi
Oxunma sayı: 2109

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin  Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması münasibəti ilə rəsmi qəbul keçirib. 

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətili səfiri Ceyms Şarp, British Council şirkətinin Azərbaycan üzrə direktoru Samr Şah, Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin nümayəndələri, AzMİU-nun rektorluğu və professor-müəllim heyətinin bir qrupu, media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ceyms Şarp AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova başda olmaqla bütün kollektivi Memarlıq fakültəsinin  Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərdə uğurlar arzulayıb. Səfir vurğulayıb ki, AzMİU-nun Memarlıq fakültəsinin memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması böyük hadisədir. Bu uğurun qazanılmasında o, Britaniya Səfirliyinin beynəlxalq təşkilatı olan British Council şirkəti ilə universitet arasında əməkdaşlığın yüksək səviyyədə qurulduğunu əsas gətirib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova verilən dəyərə, göstərilən dəstəyə görə Britaniya səfirliyinə, British Council şirkətinə təşəkkürünü bildirib. Rektor əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsini arzulayıb.

Çıxış edən digər qonaqlar da AzMİU kollektivini təbrik edib, Böyük Britaniya səfirliyinin Azərbaycanda təhsilə, ali təhsil müəssisələri ilə əməkdaşlığa üstünlük verdiyini və bunun nəticələrinin çox uğurlu olduğunu, yeni layihələrin ortaya çıxardığını qeyd ediblər.