“İnter” hücumçusunu icarəyə verdi

inter-hucumcusunu-icareye-verdi
Oxunma sayı: 810

Milan “İnter”in hücumçusu Sebastyano Espozitonu icarəyə göndərib.

"Qafqazinfo" xəbər verir ki, 18 yaşlı italyan futbolçu “Venetsiya” klubuna icarəyə verilib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Espozitonun mövsümün sonuna qədər “Venetsiya”da çıxış edəcəyi diqqətə çatdırılıb.

“İnter”in öz yetirməsi olan Espozito daha öncə SPAL-da da icarədə oynayıb. O, həm də İtaliyanın gənclərdən ibarət yığmasının üzvüdür.