“İnter” sabiq futbolçusunu baş məşqçi postuna gətirdi

inter-sabiq-futbolcusunu-bas-mesqci-postuna-getirdi
Oxunma sayı: 1932

Simone İnzaqi ilə yollarını ayıran “İnter”in yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, klub hazırda “Parma”da çalışan Kristian Kivu ilə anlaşıb.

Rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, Kristian Kivu futbolçu karyerası dövründə 7 il “İnter”də çıxış edib. 44 yaşlı mütəxəssis karyerasını başa vurduqdan sonra Milan təmsilçisinin akademiyasında məşqçi kimi də çalışıb.