“İnter” və “Bakı” səpələnmişlər siyahısında!

inter-ve-baki-sepelenmisler-siyahisinda
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu komandalardan 23-ü səpələnmiş, 26-sı isə səpələnməmiş komandalar siyahısında yer alıb. Azərbaycan təmsilçiləri “İnter” və “Bakı” da səpələnmişlər sırasındadır. Bu isə o deməkdir ki, paytaxt klubları ilk mərhələdə daha zəif rəqiblərdən biri ilə qarşılaşacaq. 8 komandanın isə hansı siyahıda qərarlaşacağı müəyyənləşməyib. Bu klublar arasında “Xəzər Lənkəran” da var. Cənubluların mövqeyi digər 21 komandanın adına aydınlıq gəldikdən sonra dəqiqləşəcək.

I təsnifat mərhələsi

Səpələnmişlər: “Tvente” (Hollandiya), “Lex” (Polşa), “Rusenborq” (Norveç), “Elfsborq”, “Kalmar” (hər ikisi İsveç), “Aktobe” (Qazaxıstan), “Sent Patriks”, “Bohemians” (hər ikisi İrlandiya), “Bakı”, “İnter” (hər ikisi Azərbaycan), “Qomel” (Belarus), “Hafnarfyordur” (İslandiya), “Pünik” (Ermənitan), “Metallurq”, “Skonto” (hər ikisi Latviya), “Banqor Siti” (Uels), “Suduva” (Litva), “Trana” (Albaniya), “Stabek” (Norveç), “Renova” (Makedoniya), “Osiyek” (Xorvatiya), “Levadiya” (Estoniya), “MyuPA” (Finlandiya),

Səpələnməmişlər: “Flyamurtari” (Albaniya), “Yuvaskulya” (Finlandiya), “Kliftonvill” (Şimali İrlandiya), “Santa Koloma” (Andorra). “Kruzaders”, “Portadaun” (hər ikisi Şimali İrlandiya), “Dauqava” (Latviya), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Jalgiris” (Litva), “Vestmannaeyar”, “Akyureyri” (hər ikisi İslandiya), “Floriana”, “Hibernian” (hər ikisi Malta), “Ordabası”, “Jetısu” (hər ikisi Qazaxıstan), “Runavik”, “Vikinqur” (hər ikisi Farer adaları), “Qandzasar”, “Şirak” (hər ikisi Ermənistan), “Kefn Druids” (Uels), “Selye” (Sloveniya), “Jeness”, “Qrevenmaxer” (Lüksemburq), “Teuta” (Albaniya), “La Fiorita” (San Marino).

Qeyri-müəyyənlər: “Kuopio” (Finlandiya), “Streymur” (Farer adaları), “Xəzər Lənkəran” (Azərbaycan), “Şaulyay” (Litva), “Birkirkara” (Malta), “Zimbru” (Moldova), MTK (Macarıstan), “Metallurq” (Makedoniya)

Ceyhun Əhmədov