İntihar edən gənc əsgərlikdən yeni gəlibmiş...

intihar-eden-genc-esgerlikden-yeni-gelibmis
Oxunma sayı: 823

Saatlıda 21 yaşlı gəncin intiharı ilə əlaqədar bəzi məqamlar ortaya çıxıb.

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, rayonun Novruzlu kəndində 1996-cı il təvəllüdlü Cahangirov Azər Rafiq oğlu axşam saatlarında özünü yaşadığı evdə asaraq intihar edib. Həmin zaman evdə heç kim olmayıb.
 
Bildirilir ki, Azər Cahangirov hərbi xidmətdən təzə gəlib. Özünə qapanan 21 yaşlı gənc kənddə təsərrüfatla məşğul olub.
 
Özündən başqa ailədə balaca bacısı olub. Atası isə uzun müddət Rusiyada yaşayırmış. Faciə xəbərini eşidəndən sonra gəlib. Azər Cahangirovun hansı səbəbdən intihar etməsi hələ də heç kimə məlum deyil.