İordaniyada Azərbaycan bayrağı işıqlandırıldı - Foto

iordaniyada-azerbaycan-bayragi-isiqlandirildi
Oxunma sayı: 1631

İordaniya Haşimilər Krallığının Əmman şəhərində Azərbaycanın bayrağı işıqlandırılıb. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya verilən xəbərə görə,  İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə şəhərdəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngə bürünüb.