İqbal Ağazadə bütün müavinlərini istefaya göndərdi- - Yenilənib

iqbal-agazade-butun-muavinlerini-istefaya-gonderdi-
Oxunma sayı: 2449


"Qafqazinfo"ya partiyadan daxil olan məlumata görə, sərəncama əsasən Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, Xaricdə yaşaya Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Yaxın zamanlarda yeni sədr müavinləri təyin olunacaq və ictimaiyyətə açıqlama veriləcək.

***

Ümid partiyasının sədri İqbal Ağazadə "Qafqazinfo"ya açıqlamasında müavinlərini istefaya göndərməsinə münasibət bildirib:

"Bu qərarı partiyanın işinin yenidən təşkili məqsədi ilə qəbul etmişəm. Qarşıdan gələn Bələdiyyə seçkilərinə hazırlaşmaq üçün partiyanın strukturlarının yenidən birləşməsi və genişlənməsinə zərurət var. Buna görə də kadrlarla fərdi söhbətimdən sonra bu qərarı verdim.