İqbal Ağazadə Mehmandarov küçəsinin sakinləri ilə görüşdü - Fotolar

İqbal Ağazadə Mehmandarov küçəsinin sakinləri ilə görüşdü
Oxunma sayı: 1401

Yağışlı hava olmasına baxmayaraq ərazidə yaşayan sakinlər yenidən onun görüşünə böyük ümidlə və şövqlə gəlmişdilər.

"Qafqazinfo"ya daxil olan məlumata görə, İqbal Ağazadə çıxış edərək sakinləri salamladı, həm ərazinin, həm də ölkənin problemlərindən danışdı. Seçicilər hamısı bir nəfər kimi İ. Ağazadəni dəstəklədiklərini və 15 il ərzində onlarla birlikdə olub,  yenidən bu ərazidən nümayəndəliyini irəli sürdüyünə görə minnətdarlıq etdilər.

İ. Ağazadə öz növbəsində seçicilərinə bağlı olduğunu, bu məqama yüksəlməsində onların misilsiz xidmət göstərdiklərini qeyd etməklə bir daha öz təşəkkürünü bildirdi.

Görüşün sonunda Qarabağ qazisi İ. Ağazadə seçicilərin suallarına cavab verdi.

Mehmandarov küçəsinin sakinləri İ. Ağazadəni əmin etdilər ki, hamısı səsverməyə gedəcək, məhz ona səs verəcək.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi