İran Səfirliyindən Xocalı faciəsi ilə bağlı başsağlığı

iran-sefirliyinden-xocali-faciesi-ile-bagli-bassagligi
Oxunma sayı: 978

İranın Bakıdakı Səfirliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səfirliyin “X” hesabında paylaşım edilib. 

“İran İslam Respublikasının Bakıdakı Səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir”, - deyə məlumatda qeyd olunub.