İran və ABŞ-dən təkliflərə “yaşıl işıq”

iran-ve-abs-den-tekliflere-yasil-isiq
Oxunma sayı: 725

Tehran və Vaşinqton bu gün Cenevrədə keçirilən danışıqlar zamanı İranın nüvə dosyesi üzrə təqdim etdikləri təkliflərə “yaşıl işıq” yandırıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb. 

“Oman tərəfinin bəyanatına əsasən, hər iki tərəf bir-birinin təkliflərinə “yaşıl işıq” yandırıb. Bu mənim öz şərhimdir”, - İran yayımçısının müxbiri bildirib. 

Hazırda tərəflərin məsləhətləşmələr aparmaq üçün fasilə götürdükləri bildirilir. Danışıqlar günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, danışıqlar Omanın vasitəçiliyi ilə keçirilir.