İran təhlükəsizlik səbəbindən Ayətullah Əli Xameneinin ölümündən sonra yeni Ali Liderin təyin olunması prosesini təxirə salıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Bildirilib ki, qərar ABŞ və İsrailin ölkənin yeni liderinin də hədəfə çevrilə biləcəyi barədə açıqlamalarından sonra qəbul edilib.
ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində öldürülən İranın Ali Lideri Əli Xameneinin varisinin müəyyənləşdirilməsi prosesi təhlükəsizlik riski səbəbindən müvəqqəti dayandırılıb.
İran Liderliyi üzrə Ekspertlər Şurasının Rəyasət Heyətinin üzvü Möhsün Kumi isə martın 5-də bildirib ki, ölkədə yeni Ali Liderin seçilməsi prosesi artıq son mərhələyə çatıb. Onun sözlərinə görə, prosedur Konstitusiyaya və şuranın daxili qaydalarına uyğun şəkildə həyata keçirilir.
Qeyd edək ki, İranın “Fars” agentliyi Ali Lider seçkisinin martın 6-da keçiriləcəyini yazmışdı.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” (NYT) mənbələrə istinadən yazıb ki, Əli Xameneinin oğlu Mücətbə Xamenei atasının vəzifəsinə əsas namizədlərdən biri hesab olunur. Qəzet bildirib ki, onun seçilməsi İran hakim elitasının radikallaşmasının göstəricisi ola bilər və bu prosesdə İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri daha çox təsirə malik olur.
Eyni zamanda, İsrailin müdafiə naziri İsrael Katz İranın növbəti Ali Liderini “məhv edilməli hədəf” adlandırıb. O bildirib ki, İsrail Ordusuna Əli Xameneinin varisinin məhv edilməsinə hazırlaşmaq barədə göstəriş verilib.
Son xəbərlər
Son Xəbərlər