İranda İsraillə əlaqədə ittiham olunan 6 nəfər edam edildi

iranda-israille-elaqede-ittiham-olunan-6-nefer-edam-edildi
Oxunma sayı: 788

Bu gün İranda İsraillə əlaqədə ittiham olunan 6 nəfər edam edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mizan” agentliyi məlumat yayıb.

Edamların İranın Xuzistan vilayətində həyata keçirildiyi bildirilib.

“Terrorçular 4 təhlükəsizlik əməkdaşının qətli və Xürrəmşəhrdə partlayış da daxil olmaqla bir neçə zorakılıq aktına görə məsuliyyəti öz üzərlərinə götürüblər”, - məlumatda qeyd olunub.

Hələlik əlavə detallar açıqlanmayıb.