İrandakı aksiyalarda 2000-dən çox insan saxlanılıb

irandaki-aksiyalarda-2000-den-cox-insan-saxlanilib
Oxunma sayı: 1443

İranın qərbində yerləşən Luristan əyalətində etiraz aksiyaları zamanı 120 nəfər saxlanılıb.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı əyalətin Baş prokuroru Məhəmməd Rezi açıqlayıb.

Bununla yanaşı, qeyd olunub ki, Gilanda 739, Mazandaranda 450 və İlamda isə 180 nəfər saxlanılıb.

Ümumilikdə isə, İranda etiraz aksiyaları zamanı 2000-dən çox şəxsin saxlanıldığı bildirilir.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı polis etirazçılara atəş açıb. Ən son yayılan məlumata görə, aksiyalar zamanı 76 nəfər ölüb.