İrandakı aksiyalarda həbs edilən 1200 nəfər azadlığa buraxıldı

İrandakı aksiyalarda həbs edilən 1200 nəfər azadlığa buraxıldı
Oxunma sayı: 999

İranda etirazlar zamanı həbs edilən şəxslərdən 1200-ü azadlığa buraxılıb. 

“Qafqazinfo” İranın “Barkhat News” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Ədliyyə Nazirliyinin sözçüsü Məsud Setayeşi açıqlayıb.

Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı həbs olunub. Onlar arasında xarici ölkə vətəndaşları da var.