“İranın İsrailə aramsız hücumu təxminən beş saat davam edib” - Yenilənib

iranin-israile-aramsiz-hucumu-texminen-bes-saat-davam-edib
Oxunma sayı: 13737

İran İsrailə doğru onlarla pilotsuz uçan aparatlar atıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Məlumatda İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd edilib.
***

İsrail Ordusu İranın pilotsuz uçuş aparatı ilə İsrailə qarşı hücuma keçdiyini və İsrailin hava hücumundan müdafiə sisteminin hücuma qarşı hazır olduğunu açıqlayıb:

“İsrailə hücum etmək üçün İrandan çoxlu sayda PUA göndərilib, lakin onlar hələ də gəlməyib; Müdafiəmiz hazırdır. Onların İsrailə çatması saatlarla çəkəcək və təhlükə zamanı sirenlər səslənəcək”.

***

İran dövlət televiziyası pilotsuz uçuş aparatları ilə İsrailə qarşı hərtərəfli hücum təşkil edildiyini təsdiqlədi.

***

SEPAH İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb.

Bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürüldüyü Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə cavabdır.

SEPAH İsraildəki xüsusi hədəfləri onlarla pilotsuz uçuş aparatı, raketlərlə və qanadlı raketlərlə vuracağını bəyan edib.

***

“İRNA”nın məlumatına görə, İran İsrailə ballistik raketlər atıb.

***

CNN-in məlumatına görə, Qüds səmasında partlayışlar və hava hücumu həyəcanı səsləri eşidilir.

İsrail hava hücumundan müdafiə sistemləri İranın bəzi zərbələrinə mane olur.

***

“ABŞ İsraili hədəf alan pilotsuz təyyarələri vurur, və buna davam edəcək”.

Bunu ABŞ müdafiə rəsmisi CNN-ə açıqlamasında bildirib.

“İsrailin təhlükəsizliyinə dair sərt öhdəliyimizə uyğun olaraq, ABŞ-nin bölgədəki qüvvələri İsraili hədəf alan pilotsuz təyyarələri vurmağa davam edir. Qüvvələrimiz əlavə müdafiə dəstəyi vermək və regionda fəaliyyət göstərən ABŞ qüvvələrini qorumaq üçün hazır vəziyyətdədir”.

***

İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, Livandan atılan 25 raketdən sonra Qolan təpələrində sirenalar səslənir.

Atılan raketlərin növü və ya onların ələ keçirilib-keçirilmədiyi açıqlanmayıb.

***

İki ABŞ rəsmisi CNN-ə bildirib ki, İrandan İsrailə doğru atılan zərbə dalğası səngiyib.

Qeyd edilib ki, hücumlar təxminən beş saat davam edib.

İranın pilotsuz təyyarələrinin və raket buraxılışlarının sayı azalsa da, bu dəqiqələrdə Hizbullah İsrailin şimalına raket zərbələri endirib.