İraqda Türkiyə hərbçisi şəhid olub

iraqda-turkiye-herbcisi-sehid-olub
Oxunma sayı: 1308

İraqda “Pençe-Kilit” əməliyyat bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub, daha 4 əsgər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, sözügedən hərbçi terror təşkilatı üzvlərinin hücumu nəticəsində həlak olub. 

Bildirilir ki, 6 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatın davam etdiyi qeyd olunub.