İrəvanda müxalifətin yürüşü başladı

irevanda-muxalifetin-yurusu-basladi
Oxunma sayı: 1445

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin ənənəvi yürüşü başlayıb.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, Ermənistan müxalifət fraksiyasından parlamentin sədr müavini İşxan Saqatelyan bildirib ki, cümə axşamı günortadan sonra keçirilən etiraz aksiyaları zamanı polisin kobud güc tətbiq etməsi qeydə alınmayıb. Saxlanılanların sayı isə bir nəfəri ötməyib. "Bu, sizin mübarizənizin nəticəsidir", - Saqatelyan bildirib. 

Onun sözlərinə görə, aksiya getdikcə güclənir və ona getdikcə daha çox kütlə qoşulur.

“Daha çox insan bizim aksiyalarımıza anlayış və həmrəyliklə yanaşmağa başlayır”, - Saqatelyan deyib.