İş və istirahət günlərinin yerləri dəyişdirildi

is-ve-istirahet-gunlerinin-yerleri-deyisdirildi
Oxunma sayı: 28000

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir Əli Əsədov bu gün bununla bağlı qərar imzalayıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ardıcıl olaraq 4 gün - 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Bayraq Günü kimi qeyd olunur.