İsa Qəmbər Müsavatın çözülməz problemini həll etdi

isa-qember-musavatin-cozulmez-problemini-hell-etdi
Oxunma sayı: 2215


"Qafqazinfo" xəbər verir ki, yeni başqan Arif Hacılı təklif edib ki, 30 yerə seçki keçirilsin və 8 yer sonradan namizəd olmaq istəyənlər üçün keçirilsin. 80-dən artıq iştirakçıdan 30 nəfərin səsini ala bilib. Bu təklif qəbul olunmayıb. Mirbaba Babayev təklif edib ki, 38 yerin hamısına seçki keçirilsin, bu təklif də səsvermədə 30 ətrafında səs toplayıb və qəbul olunmayıb.

Bu vəziyyətdə başqan Arif Hacılı təəccüblə "Bəs indi necə olacaq?" deyə sual verib.

İsa Qəmbər bu məsələni həll etmək üçün söz istəyib. Sabiq başqan təklif edib ki, 32 yerə seçki keçirilsin. Məclis üzvləri yekdilliklə bu təklifi qəbul edib. İsa Qəmbərin müdaxiləsi ilə bu məsələ həllini tapıb.

***

Məclisə keçiriləcək 32 boş yerdən 2-si məcburi olaraq qadın olmalıdır. 30-dan artıq kişi namizədə səs verilən bülleten etibarsız sayılacaq. Məclisə cəmi 5 qadın namizəd olub.

Murad Əhməd