İşlədiyi evdən 30 minlik oğurluq etdi

islediyi-evden-30-minlik-ogurluq-etdi
Oxunma sayı: 876

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən qadın saxlanılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.