İspaniya FF-də antikorrupsiya əməliyyatı - Saxlanılanlar var

ispaniya-ff-de-antikorrupsiya-emeliyyati
Oxunma sayı: 2088

İspaniya Futbol Federasiyasının ofisində antikorrupsiya əməliyyatı keçirilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, polis Federasiyanın ofisində axtarış aparıb.

Madrid prokurorluğunun məlumatına görə, Federasiya iş adamları ilə korrupsiya əlaqələrində və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Əməliyyat zamanı 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.