İsrail – HƏMAS müharibəsində 5 günlük fasilə?

israil-hemas-muharibesinde-5-gunluk-fasile
Oxunma sayı: 2177

ABŞ, İsrail və Fələstinin radikal HƏMAS təşkilatı döyüşlərdə beş günlük fasilə və girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxındırlar.

Bu barədə “Qafqazinfo” “The Washington Post”a istinadən xəbər verir.

“Tərəflər müqavilə bağlamağa yaxındırlar, döyüşlərdə beş günlük fasilə zamanı Qəzza zolağında girov saxlanılan onlarla qadın və uşaq azad ediləcək” – mənbə nəşrə bildirib.

Məlumata görə, altı səhifəlik razılaşma münaqişənin bütün tərəflərinin ən azı beş gün ərzində hərbi əməliyyatları donduracağını nəzərdə tutur.

İddiaya görə, sənəd ABŞ, İsrail və HƏMAS-ı təmsil edən Qətər vasitəçilərinin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələrdən sonra razılaşdırılıb.