İsrail Livandan uçan PUA-nı vurub

israil-livandan-ucan-pua-ni-vurub
Oxunma sayı: 1133

İsrail hərbçiləri Livandan atılan partlayıcılarla yüklü olduğu iddia edilən pilotsuz uçuş aparatını vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail hava məkanına daxil olan pilotsuz təyyarə Livanla sərhədə yaxın Metula kəndi ərazisində yerləşən hərbçilər tərəfindən görülüb.

“Hərbçilər partlayıcı ilə doldurulduğu ehtimal edilən pilotsuz uçan aparatı izləyib və vurub”, - məlumatda qeyd olunub.