İsraildə bülletenlərin 84,5%-i sayılıb - Netanyahunun bloku liderdir - Yenilənib

israilde-bulletenlerin-845-i-sayilib
Oxunma sayı: 3513

İsraildə dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-a qədər səslərin 41,9%-i sayılıb.

Son məlumatlara görə, hazırkı Baş nazir Benyamin Netanyahunun tərəfdarlarının bloku Knessetdə 57, müxalifət isə 47 yer əldə edir. Əsasən ərəb partiyalarından ibarət olan “Birləşmiş Siyahı” koalisiyası və RAAM ümumilikdə 16 yer qazanır.

Beləliklə, hazırkı vəziyyətə görə, əsas bloklardan heç biri parlament üstünlüyü üçün lazım olan 61 yeri əldə etməyib.

Partiyalara gəlincə, Netanyahunun lideri olduğu “Likud” parlamentdə 28, İsrail Müdafiə Ordusunun Baş qərargahının keçmiş rəisi Qadi Ayzenkotun “Yaşar” partiyası 21, “Beyaxad” 11 yer alır. “Birləşmiş Siyahı” 12 mandat, “Birləşmiş Tövrat Yəhudiliyi” və “Bizim Evimiz İsrail” partiyası isə hər biri 8 mandat əldə edir. 

Qeyd edək ki, seçkidə 36 partiyadan olan namizədlər 120 yer uğrunda mübarizə aparır. Partiya Knessetdə təmsil olunmaq üçün səslərin azı 3,25 faizini toplamalıdır. Knessetdə parlament çoxluğunu formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur.

***

İsraildə səslərin 57,3 faizi hesablanıb.

Yeni məlumata görə, Netanyahunun bloku parlamentdə 55, müxalif blok isə 49 yer qazanır. 

“Birləşmiş Siyahı” koalisiyası və RAAM isə 16 yeri qoruyub saxlayır.

***

İsraildə bülletenlərin 84,5%-i sayılıb.  

Bakı vaxtı ilə saat 14:34-ə olan məlumata görə, Netanyahunun “Likud” partiyası parlamentdə 27, Qadi Ayzenkotun “Yaşar” partiyası isə 22 mandat qazanır.

Bununla yanaşı, Netanyahunun tərəfdarlarının təşkil etdiyi blok Knessetdə 54, müxalifət isə 49 yer əldə edir. Parlamentdə daha 17-i mandatı ərəb partiyaları qazanır. Proqnozlara görə, nə müxalifət, nə də “Likud” onlarla koalisiyaya girməyə hazırdır. 

Səsvermənin nəticələrinin oktyabrın 29-da açıqlanacağı gözlənilir, seçki prosedurunun yekun rəsmi nəticələri isə noyabrın 4-dən gec olmayaraq dərc edilməlidir.