İsraildə son dörd gündə ölənlərin sayı açıqlandı

israilde-son-dord-gunde-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 6820

İsraildə iyunun 13-dən başlayaraq İranın raket zərbələri səbəbindən 24 nəfər həlak olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelmanın yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, son dörd gün ərzində 640-dan çox insan isə yaralanıb. 

Onun sözlərinə görə, yaralılardan 10-u ağır vəziyyətdədir.