İsveç şahzadəsi vəfat etdi

isvec-sahzadesi-vefat-etdi
Oxunma sayı: 690

İsveçdə kral XVI Karl Qustavın bacısı, şahzadə Desire 87 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şahzadə Vestergetland əyalətindəki Koberq qalasında ailəsinin əhatəsində ölüb.

Kral bacısının vəfatı ilə əlaqədar başsağlığı verib və Drottningholm və Haqa saraylarında bayraqların yarıya qədər endirilməsini əmr edib.

Şahzadənin dəfn mərasiminin tarixi və yeri ilə bağlı məlumat daha sonra açıqlanacaq.