İtaliya Qəzzada səhra xəstəxanası qurmaq istəyir

italiya-qezzada-sehra-xestexanasi-qurmaq-isteyir
Oxunma sayı: 944

İtaliya hökuməti Qəzza zolağında səhra xəstəxanası qurmaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Qido Krosetto sosial media hesabında yazıb.

O bildirib ki, artıq Hərbi Hava Qüvvələrinin daha bir təyyarəsi Qəzza zolağının əhalisi üçün yardım aparıb:

"Təyyarə artıq Misir hava limanına enib. Biz hazırda Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk”.