İtaliyada fişəng fabrikində partlayış - 4 ölü, 2 yaralı + Video

İtaliyada fişəng fabrikində partlayış
Oxunma sayı: 471

İtaliyanın Siciliya adasında pirotexnika anbarında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “La Republica” qəzeti xəbər verib.

İnsident Messina əyalətinin Barçellona-Potstso-di-Qotto yaşayış məntəqəsində baş verib. Anbar fişəng istehsalı ilə məşğul olan özəl şirkətə məxsusdur.

Ölənlər arasında şirkət sahibinin arvadı, yaralılar arasında isə onun oğlunun olduğu qeyd edilir. Daha bir nəfər itkin düşüb.

Hadisənin təfərrüatları aydınlaşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi