İtkin düşən Niyazi tapıldı

itkin-dusen-niyazi-tapildi
Oxunma sayı: 1990

Bakıda itkin düşən 15 yaşlı Niyazi Hacıxanov tapılıb.

"Qafqazinfo"nun məlumatına görə, noyabrın 5-i səhər saatlarında Keşlə qəsəbəsində yerləşən yaşadığı evdən çıxan Niyazinin Zaqatalada olduğu müəyyən edilib. Onun hansı səbəbdən evdən getdiyi bəlli deyil.

15 yaşlı yeniyetmə hazırda ailəsinin yanındadır.