Juninyo Qurbanov haqda - “Ona neqativ nəsə demək olmaz”

juninyo-qurbanov-haqda
Oxunma sayı: 3760

“Qurban Qurbanov yalnız bizimlə yox, ailəmizlə də maraqlanır. 20 nəfərlə dil tapmaq asan deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Juninyo “CBC Sport”a müsahibəsində deyib.

Brazilyalı hücumçu Qurban Qurbanovun Azərbaycan futbolu üçün vacib şəxs olduğunu vurğulayıb: “Kaş mən baş məşqçimlə tərcüməçisiz, birbaşa ünsiyyət qura bilərdim. Onunla üz-üzə söhbət etmək başqa effekt verərdi. Azərbaycanda belə uğurlar əldə olunursa, bunlar hamısı ona görədir. Komandanın sabiq futbolçusu Kadi Borxes burada Qurban Qurbanovun sayəsində həm maddi, həm də inkişaf baxımından dəyişikliyin olduğunu deyirdi. Riçard Almeyda da bunu bildirmişdi. Çox faydalı çalışdırıcıdır. Bizə deyir ki, sizinləyəm, arxanızdayam. Ona neqativ nəsə demək olmaz. Baş məşqçimiz Azərbaycan futbolu üçün fundamental şəxsdir”.