Jurnalistlər üçün karantin qaydaları açıqlandı

Jurnalistlər üçün karantin qaydaları açıqlandı
Oxunma sayı: 2039

“Jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur”.

“Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. 

O deyib ki, jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidir: “Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz”.

DİN-in rəsmi Əziz Baqişev isə deyib ki, jurnalistlər və hər bir şəxs küçəyə çıxarkən üzərində xidməti vəsiqə və ya iş yerindən arayış olmalıdır: “Vəsiqə yoxdursa, arayış verməlidir. Əgər vəsiqə varsa, arayışa ehtiyac yoxdur”.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi