Kafe sahibi ilə işçisi cərimələndi

kafe-sahibi-ile-iscisi-cerimelendi
Oxunma sayı: 1407

Saatlı rayonunda sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində iaşə obyekti müəyyən edilib. Obyektin icarədarı E. Ağayev və işçisi F. Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimə olunublar.