“Kamaz” “Niva” ilə toqquşdu - Ölən var+Yenilənib

kamaz-niva-ile-toqqusdu
Oxunma sayı: 4701

Daşkəsəndə “Kamaz”ın minik maşını ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.

Araşdırmalar zamanı məlum olub ki, "Kamaz" markalı yük maşını ilə "Niva" markalı minik maşını toqquşub, nəticədə minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yunis Quliyev