“Kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur”

kameralarin-qosulmasi-ucun-kifayet-qeder-resurs-yoxdur
Oxunma sayı: 1772

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 6 minə yaxın müəssisə var. Qısa müddətdə bu müəssisələrin hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

“Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisələrimizdə kamera olsun. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq”,- agentliyin direktoru bildirib.

Lamiyə Məmmədova