Karate federasiyasının yeni prezidenti bəlli oldu

karate-federasiyasinin-yeni-prezidenti-belli-oldu
Oxunma sayı: 6653

Fevralın 8-də Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən yığıncaqda Azərbaycan Karate Federasiyaları Asossiasiyasının rəhbərliyinə seçkilər olub.  

Asossiasiyanın prezidenti vəzifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezidenti postuna isə Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov seçiliblər. Yığıncaqda həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü seçiliblər.