Kazanda məktəblilərin itkin düşməsi xəbərləri ilə bağlı - Açıqlama

kazanda-mekteblilerin-itkin-dusmesi-xeberleri-ile-bagli
Oxunma sayı: 2922

"Rusiyanın Kazan şəhərindəki gimnaziyada baş vermiş silahlı insidentdən sonra bəzi valideynlərin övladlarını tapa bilməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. İtkin düşən yoxdur".

"Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda şəhər administrasiyasının yaydığı məlumatda deyilir. Daha əvvəl bəzi valideynlərin uşaqlarını tapa bilməməsi ilə bağlı KİV-də məlumatlar yayılmışdı.

Qeyd edək ki, 175 saylı gimnaziyada baş vermiş silahlı insident nəticəsində 7 uşaq, müəllim və qadın işçi dünyasını dəyişib, 21 nəfər yaralanıb. hadisəni törədən 19 yaşlı yeniyetmə saxlanılıb. Ona qarşı cinayət işi açılıb.