Keçən il buraxılış imtahanı verənlər bu il bir imtahan verəcək

kecen-il-buraxilis-imtahani-verenler-bu-il-bir-imtahan-verecek
Oxunma sayı: 1698

Bu il buraxılış imtahanında (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsində) iştirak etmiş abituriyentlər gələn il I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinə girmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər.

DİM-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, buraxılış imtahanının (əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsinin) nəticəsi 2 il qüvvədə olur. Ancaq abituriyent öz istəyinə uyğun olaraq, yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Qeyd edək ki, istənilən halda abituriyentlər müəyyən olunacaq vaxtda qeydiyyatdan keçərək elektron ərizələrində imtahanın birinci mərhələsində iştirak edib-etməyəcəklərini qeyd etməlidirlər.