Keçmiş arvadını və valideynlərini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı - Yenilənib

kecmis-arvadini-ve-valideynlerini-bicaqlamaqda-subheli-bilinen-sexs-saxlanildi
Oxunma sayı: 4854

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Belə ki, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Xəsarət alan ər, arvad və qızı xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı cinayət işi başlanılıb. İstintaq davam etdirilir.