Keçmiş səfir Mehriban Əliyevaya köməkçi təyin olundu - Foto

kecmis-sefir-mehriban-eliyevaya-komekci-teyin-olundu
Oxunma sayı: 1301

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə yeni köməkçi təyin edib.

“Qafqazinfo” xəbər verir ki, Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

Qeyd edək ki, E. Əmirbəyov Azərbaycanın Fransada səfiri olub. Ölkə başçısı dünən onunla bağlı sərəncam imzalayaraq geri çağırıb.