“Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”

kemaleddin-heyderov-prosese-sexsen-rehberlik-edir
Oxunma sayı: 8553

“İlkin vaxtlarda su çatışmazlığı var idi. Bunun qarşısını almaq üçün havaya 3 helikopter, 1 təyyarə qaldırdıq. İndi yanğın tam məhdudlaşdırılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini,  general-leytenant Etibar Mirzəyev “EuroHome”dakı yanğın yerində deyib. 

O, bildirib ki, indiyə qədər yanğın ərazisinə 150 tona yaxın su tökülüb:  

“Hadisə yerinə 40-dan artıq yanğın texnikası, 250-dən artıq canlı qüvvə cəlb olunub, yanğının sahəsi 21 min kv metrdir. Yanğının səbəbləri hazırda araşdırılır. Cənab nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”.

Murad Əhməd