Kəmaləddin Heydərova yeni müavin təyin edildi

kemaleddin-heyderova-yeni-muavin-teyin-edildi
Oxunma sayı: 12379

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə general-mayor Adil Abdullayev  gətirilib.

Məlumat FHN-dən saytımıza təsdiq edilib.

Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Adil Ələsgər oğlu Abdullayev general rütbəsini iki il öncə alıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.