“Qafqazinfo” xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində bu il tarix müəllimliyi fakültəsindən məzun olan, hazırda isə Quba rayonunun ucqar Üçgün kənd orta məktəbində müəllim işləyən Kamran Şeyxzamanlı deyib. O bildirib ki, kənd uşaqları əsasən təsərrüfat işləriylə məşğul olurlar:
“Onlar hind filmlərinə baxırlar, velosiped sürür, valideynlərinə kömək edirlər. Seriallar və televizya onların gündəlik həyatlarında fərqli olaraq gördükləri və eşitdikləri bir pəncərədi. Ona görə bu pəncərəni biz daha maraqlı etməli, şoudan çox maarifləndirici proqramlara üstünlük verməliyik. Uşaqlar serialardakı kimi səliqəli geyinmək, qulluqçularının olmasını, kinolardakı kimi maşınlarının olmasını istəyirlər. Müşahidəmdə uşaqların Üzeyir Hacıbəyli kimi bəstəkar olmaq istəmələrini və bununla yanaşı, digər klassik Azərbaycan yazarları, sənətçiləri kimi olmaq çabalarını görə bilmədim. Onlar ara mahnılarının gənc ifaçısı Üzeyir Mehdizadəni çox sevirlər. Televizyanı süzgəcdən keçirə bilmirlər və tez həzm edirlər. Bu məni narahat edir. Dərsə həvəs yaratmaq müəllimin işidi. Müəllim bunu bacarmalıdı. Bu kənddəki uşaqların tək bilik mənbəyi məktəbdir. Müəllim dərs keçməsə, o uşaq ömürlük bilikdən şikəst olacaq. Bununla yanaşı, valideyn də övladının oxumasında maraqlı olmalıdır, yoxsa müəllimə çox çətin olur. Bir növ buradakı uşaqlar xammaldılar. Əsası sən bu xammalı necə və nə məqsədlə istifadə etməyindir. Düzgün mühit formalaşdırıb bu xammaldan keyfiyətli məhsul yaratmaq lazımdır. Kənd uşaqları inanırlar ki, onlar bir gün xarici maşınla kəndlərinə qayıdacaqlar. Amma onlar bunu təhsil alaraq yox, Moskvada alver etməklə həyata keçirməyi düşünürlər...”
Son xəbərlər
Son Xəbərlər