“Kəpəz”dən əzmkar qələbə

kepezden-ezmkar-qelebe
Oxunma sayı: 1162

Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Qəbələdə “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı oyun gəncəlilərin əzmkar qələbəsiylə yekunlaşıb.

Turun ilk oyunu ötən gün “Sabah”la “Neftçi” arasında baş tutub və qolsuz bitib – 0:0. Bu gün də “Səbail” və “Zirə” komandalarının oyununda qol qeydə alınmayıb.

Azərbaycan Premeyr Liqası
19-cu tur
22 yanvar

“Kəpəz” – “Turan Tovuz” 2:1
Qollar: Şakir Seyidov, 25. Martins Junior, 71 – Ayxan Hüseynov, 4.