Kərim Vəliyev general-mayorun dəfnində - Foto

kerim-veliyev-general-mayorun-defninde
Oxunma sayı: 14851

Noyabrın 13-də vəfat edən ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev İkinci Şəhidlər xiyabanında dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, nazirliyin digər rəhbər şəxsləri, mərhumun yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfndə hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib, M.Sarıyevin məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.